Arçil Talakvadze - xarici həmkarlarımız qərarımızı ki, prezident seçkilərində namizədimiz olmayacaq, müsbət dəyərləndirirlər
Arçil Talakvadze - xarici həmkarlarımız qərarımızı ki, prezident seçkilərində namizədimiz olmayacaq, müsbət dəyərləndirirlər

Xarici həmkarlarımız qərarımızı ki, gələcək prezident seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi olmayacaq, müsbət dəyərləndirirlər, – bu barədə parlament çoxluğunun lideri, Arçil Talakvadze bəyan etdi.

Arçil Talakvadzenin qeyd etdiyinə görə, xaricilər bu qərarı nümunəvi və demokratik addım hesab edirlər.

“Onların müsbət reaksiyaları var idi və dedilər ki, bu nümunəvi və demokratik addımdır, hakim partiya başqa siyasi partiya və təşəbbüs qruplarına seçkilərdə iştirak edib qalib gəlməyə imkan yaradır”, – Talakvadze bəyan etdi.

Talakvadzenin qeyd etdiyinə görə, namizədin dəstəklənməsi barəsində komandada müzakirə aparılır, lakin qərar verilib ki, partiyanın prezidentliyə namizədi olmayacaq.

Birinci Kanalın məlumatına görə, “Gürcü Arzusunun” siyasi şurasının iclası güman edildiyinə görə, sentyabrın 9-da keçiriləcək.

Şərh yaz