Arçil Talakvadze çoxluğun üzvləri ilə birlikdə diplomatlarla görüşdü və Parlament seçkiləri zamanı "COVID-19" ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə etdi
Arçil Talakvadze çoxluğun üzvləri ilə birlikdə diplomatlarla görüşdü və Parlament seçkiləri zamanı "COVID-19" ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə etdi

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze, Parlament çoxluğunun üzvləri Kaxa Kuçava və İrakli Kobaxidze, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze və Ədliyyə nazirinin birinci müavini Mixeiı Sarcveladze ilə birlikdə diplomatlarla görüşdü.

Görüşdə Birləşmiş Ştatların, Almaniyanın, Avropa İttifaqının və Avropa Şurasının səfirləri iştirak edirdilər.

Söhbət Parlament seçkiləri zamanı “COVID-19” ilə bağlı təhlükəsizlik məsələlərinə aid oldu.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.