Arçil Talakvadze ilk rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına səfər edəcək
Arçil Talakvadze ilk rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına səfər edəcək

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze nümayəndə heyəti ilə birlikdə 15-20 iyulda Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, səfər çərivəsində Arçil Talakvadze Amerika Birləşmiş Ştatları Konqresinin demokratik partnyorluğun liderləri forumunda iştirak edəcək. O, iştirakçılara nitqlə müraciət edəcək.

Nümayəndə heyətinin tərkibinə Tamar Çuqoşvili və Serqi Kapanadze daxildilər.