Arçil Talakvadze - hipodrom ərazisində mərkəzi parkın salınması yalnız paytaxt üçün deyil, bütün ölkə üçün unikal hədiyyə
Arçil Talakvadze - hipodrom ərazisində mərkəzi parkın salınması yalnız paytaxt üçün deyil, bütün ölkə üçün unikal hədiyyə

Tbilisi mərkəzi parkı daha bir miqyaslı, yaşıl layihədir və onun ekoloji, istirahət və iqtisadi əhəmiyyəti olacaq, – bu barədə Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze bəyan etdi.

“Hipodrom ərazisində mərkəzi parkın salınması unikal hədiyyə yalnız paytaxt üçün deyil, bütün ölkə üçündür. Bidzina İvanişvili, keçmişdə məsuliyyətsiz çinovniklər tərəfindən özgəninkiləşdirilmiş aktivi atıq neçənci dəfədir ki, geri alır və ictimaiyyətə qaytarır. Tbilisi mərkəzi parkı daha bir miqyaslı, yaşıl layihədir və onun ekoloji, istirahət və iqtisadi əhəmiyyəti olacaq”, – Arçil Talakvadze bəyan etdi.

Tbilisi meri, Kaxa Kaladze bu gün “Kartu” fondunun idarə heyətinin sədri, Nikoloz Çxetiani ilə birlikdə keçirilən brifinqdə bəyan etdi ki, Bidzina İvanişvili və “Kartu” fondu keçmiş hipodrom ərazisini ictimaiyyətə təmmanasız verəcək və burada “Kartunun” yardımı ilə, Tbilisi Mərkəzi Parkı salınacaq.