Arçil Talakvadze - heçkim gözləməsin ki, "Gürcü Arzusu" Sulukianiyə qarşı "Milli Hərəkatı" sevindirən bəyanat verəcək
Arçil Talakvadze - heçkim gözləməsin ki, "Gürcü Arzusu" Sulukianiyə qarşı "Milli Hərəkatı" sevindirən bəyanat verəcək

Parlament çoxluğunun lideri, Arçil Talakvadzenin məlumatına görə, hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr praktiki olaraq başa çatıb.

Talakvadzenin jurnalistlərə bəyan etdiyinə görə, siyasi şuranın iclası keçiriləcək, bundan sonra baş nazir, nazirlər kabinetinin yeni üzvlərini açıqlayacaq.

“Tea Sulukiani ilə bağlı həmkomandalılarımız dəfələrlə sual veriblər və bəyanat vermək istəyirəm. Tea Sulukiani bizim həmkomandalımızdır, “Gürcü Arzusu” komandasının üzvüdür. Heçkim gözləməsin ki, “Gürcü Arzusu” Sulukianiyə qarşı “Milli Hərəkatı” sevindirən bəyanat verəcək. Bu baş verməyəcəkdir”, – Arçil Talakvadze bəyan etdi.