Arçil Talakvadze - Heç bir demokratik dövlətdə ədliyyə sistemi və məhkəmə seçkiləri gözləmir
Arçil Talakvadze - Heç bir demokratik dövlətdə ədliyyə sistemi və məhkəmə seçkiləri gözləmir

Heç bir demokratik dövlətdə ədliyyə sistemi və məhkəmə seçkiləri gözləmirlər, – bu bəyanatla parlamentin sədri Arçil Talakvadze, Gigi Uqulavanın həbs edilməsinin siyasi səbəbləri olduğu iddialara cavab olaraq verdi.

Onun dediyinə görə, ədliyyə sistemi müstəqil şəkildə funksiya göstərir və öz müddətləri var, seçki isə, siyasi prosesdir və ədliyyə seçkiləri gözləmir.

“Müxalifət liderləri bəyan edirlər ki, Gigi Uqulava müxalifətin əsas liderlərindən biri olduğu üçün iqtidarın hədəfinə çevrildi. Bu yalandır. Belə arqumentlər spekulyasiyadan başqa bir şey deyil. Gigi Uqulava üçün həbs qərarının verilməsinə mən də təəssüfləndim, ancaq məhkəmə seçkiləri gözləyə bilməz” – dedi Talakvadze.