Arçil Talakvadze - Gürcüstanın, Azərbaycan və Ermənistana qarşı dost ölkəsinin istəyidir ki, sabitlik, təhlükəsizlik və sülh maksimal olaraq qorunmuş olsun
Arçil Talakvadze - Gürcüstanın, Azərbaycan və Ermənistana qarşı dost ölkəsinin istəyidir ki, sabitlik, təhlükəsizlik və sülh maksimal olaraq qorunmuş olsun

Gürcüstanın, Azərbaycan və Ermənistana qarşı dost ölkəsinin məqsədi və istəyidir ki, sabitlik, təhlükəsizlik və sülh maksimal olaraq qorunmuş olsun, – Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Azərbaycan və Ermənistan arasında mövcud duruma bu cür əks səda verir.

Onun dediyinə görə, Gürcüstan qeyd olunan prosesi diqqətlə izləyir.

“Bildiyiniz kimi, bölgəmiz çağırışlarla doludur. Təəssüflər olsun ki, Rusiyanın siyasəti əsrlərdir destruktiv qalır və bir neçə cari münaqişə mövcuddur. Konkret bu hala gəldikdə isə, Gürcüstanın, Azərbaycan və Ermənistana qarşı dost ölkəsinin məqsədi və istəyidir ki, sabitlik, təhlükəsizlik və sülh maksimal olaraq qorunmuş olsun. Buna görə, sözsüz ki, qeyd olunan prosesi diqqətlə izləyirik və ümud edirik ki, eskalasiya tənzimlənəcək və bölgədə təhlükəsiz mühit olacaq”, – Talakvadze bəyan etdi.

Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərginləşdi. Tərəflər hərbi toqquşmalar və tələfat barəsində məlumat yayırlar. Azərbaycan mediasının məlumatına görə, Ermənistan tərəfindən bu gün səhər geniş miqyaslı hücum həyata keçirildi. Nəticədə həlak olan var. O cümlədən mülki əhali tərəfindən. Ermənistanda isə, bəyan edirlər ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ istiqamətinə hücumz başlanıb.Ermənistan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, erməni hərbçiləri iki Azərbaycan vertalyotunu və pilotsuz uçuş aparatını vurdular. Elə onların məlumatına görə, atəş səsi Stepanakertdə də eşidilir.