Arçil Talakvadze - Gürcüstan vətəndaşlarına ölkədən müvəqqəti olaraq çıxmağa izin verməyən qanunlayihənin, emiqrasiyada olan Gürcüstan vətəndaşlarına aidiyyatı olmayacaq
Arçil Talakvadze - Gürcüstan vətəndaşlarına ölkədən müvəqqəti olaraq çıxmağa izin verməyən qanunlayihənin, emiqrasiyada olan Gürcüstan vətəndaşlarına aidiyyatı olmayacaq

Parlament əksəriyyətinin lideri Arçil Talakvadze bəyan edir ki, ölkədən müvəqqəti olaraq xaricə gemək istəyən vətəndaşlara izin verməyən qanunlayihənin emiqrasiyada olan Gürcüstan vətəndaşlarına aidiyyatı yoxdur.

Jurnalistlərlə söhbət zamanı, Arçil Talakvadze vizaliberalizasiya ilə bağlı parlamentdə qüvvəyə minən qanunvericilik paketi ilə bağlı danışdı və qeyd etdi ki, dəyişikliklərin emiqrasiyada olan Gürcüstan vətəndaşlarına aidiyyatı yoxdur.

Deputat açıqladı ki, söhbət vizaliberalizasiyanın qorunmasından gedir və bunun üçün qeyd olunan qanunlayihə zəruridir.

“Əlimizdən gələni etdik ki, Gürcüstan və miqrasiyada olan vətəndaşlarımızla münasibətlərimiz güclənsin. Bununla bağlı qeydlər konstitusiyada da edildi.

Qeyd olunan dəyişikliklər xaricdəki vətəndaşlarımız üçün keçərli olmayacaq” – dedi deputat Talakvadze.