Arçil Talakvadze - Gürcüstan qonaqlarını sevir və dostlarını qiymətləndirir
Arçil Talakvadze - Gürcüstan qonaqlarını sevir və dostlarını qiymətləndirir

Gürcüstanda Amerika Birləşmiş Ştatlarının səfiri, Kelli Deqnan Stepantsmindada idi. Burada ona Parlamentin sədri, Arçil Talakvadze ev sahibliyi etdi. Məlumatı Parlamentin sədri, sosial şəbəkədə yayır.

“Gürcüstan öz qonaqlarını sevir və öz dostlarını yüksək qiymətləndirir. ABŞ səfiri, Kelli Deqnan Stepantsmindada – qonaq və Gürcüstanın dostu eyni zamanda”, – Arçil Talakvadze sosial şəbəkədə yazır.