Arçil Talakvadze Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni təyin olunmuş səfiri ilə görüşdü
Arçil Talakvadze Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni təyin olunmuş səfiri ilə görüşdü

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni təyin olunmuş səfiri, Mark Kleyton ilə görüş keçirdi.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, tanışlıq xarakterli görüşdə iki ölkə arasında sıx siyasi və dost əlaqələrini müzakirə etdilər və Parlamentlərarası əməkdaşlığın əhəmiyyətini xüsusilə qeyd etdilər.

Söhbət zamanı qlobal pandemiya və koronavirusun ölkələrə göstərdiyi mənfi effektlərə toxunuldu. Böyük Britaniya və Gürcüstanın koronavirusla mübarizədə nail olunan tərəqqisi qeyd olundu.

Tərəflərin dediyinə görə, böhrandan sonra ticari-iqtisadi əməkdaşlığın fəallaşdırlması ikitərəfli əlaqələrin prioritet istiqamətlərindən biridir.

Parlamentin sədri Birləşmiş Krallığın Gürcüstanın demokratik inkişafı prosesində töfhəsini xüsusilə qeyd etdi və Birləşmiş Krallıq tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə görə, minnətdarlığını bildirdi.

Arçil Talakvadze Mark Kleytona gələcək fəaliyyətində uğurlar arzuladı və əməkdaşlıq üçün hazırlığını təsdiq etdi.