Arçil Talakvadze Azərbaycanın Müdafiyə Naziri ilə görüşdü
Arçil Talakvadze Azərbaycanın Müdafiyə Naziri ilə görüşdü

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycan respublikasının Müdafiyə Naziri Zakir Həsənov ilə görüşdü.

Tərəflər iki ölkə arasındaki tarixi dostluq və strateji partnyorluq haqqında söhbət apardılar.

Görüş zamanı sektor əməkdaşlığı və bu kontekstdə Müdafiyə və hərbi təhsilin, energetika və nəqliyyat sahələrində əlaqələrin aktivləşdirilməsinə də diqqət yetirildi.

Arçil Talakvadze Azərbaycanın Müdafiyə Naziri ilə Gürcüstanın İşğal edilmiş regionlarındaki vəziyyət haqqında danışdı.

Azərbaycanın Müdafiyə naziri isə, öz növbəsində, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyinə hörmət etdiyini bir daha dilə gətirdi.

Görüş haqqında məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.