Arçil Talakvadze - aksiyada cərimələnənlər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər
Arçil Talakvadze - aksiyada cərimələnənlər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər

Parlamentin sədri, Arçil Talakvadze dünən etiraz aksiyasından cərimələnən vətəndaşlara tövsiyyə edir, Konstitusiya Məhkəməsinə müraciət etsinlər.

Jurnalistlə söhbəti zamanı Arçil Talakvadze Gürcüstan hökuməti tərəfindən pandemiya ilə bağlı tədbiq olunan məhdudiyyətlər və sanksiyaların nəyi nəzərdə tutduğunu açıqladı.

“Gürcüstanın bir neçə şəhərində nöqtəli məhdudiyyətlər tədbiq olunub, bu da epidemiyanın prevensiyası üçün edilir və bu qaydaların tədbiq olunması hüququnu Parlament səsvermə ilə hökumətə verib.

Əsəgr kimsə düşünürsə bu konstitusiyaya ziddir, bunun dəyərləndirilməsi yeri Konstitusiya Məhkəməsidir. Müvafiq olaraq, insanlar Konstitusiya Məhkəməsinə şikayət edə bilərlər”, -Talakvadze bəyan etdi.