Arçil Talakvadze - Axalkalakidə amerikan hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Luk Kofinin fikrinə yəqin ki, siyasi ekspertlərimiz cavab verməlidirlər
Arçil Talakvadze - Axalkalakidə amerikan hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Luk Kofinin fikrinə yəqin ki, siyasi ekspertlərimiz cavab verməlidirlər

Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin bəyanatına görə, Gürcüstan üçün strateji məsələlərin müzakirəsi ABŞ iqtidarı və Konqreslə aparılır.

Bu barədə bəyanatı Arçil Talakvadze “Heritec Fond”-un tədqiqatçısı olan Luk Kofinin təşəbbüsü ilə bağlı verdi, hansında Luk Kofi Suriyədən çıxan amerikan hərbi kontingentinin Gürcüsanda, Axalkalakidə yerləşdirilməsini məsləhət görürdü.

Talakvadzenin dediyinə görə, ABŞ-la işğüzar formatda belə bir təşəbbüs müzakirə olunmayıb.

“Bu sadəcə bir ekspertin fikridir və buna yəqin ki, gürcü ekspertləri cavab verməlidirlər. ABŞ və Gürcüstan iqtidarları arasında, işgüzar formatda belə bir təklif müzakirə olunmayıb” – dedi Parlamentin sədri.

Xatırladaq ki, Heritage Foundation”-un tədqiqatçısı Luk Kofi yeni təşəbbüslə çıxıb hansına əsasən, Suriyədən çıxan amerikan hərbi kontingenti Gürcüstanda, Axalkalakidə, sabiq rus bazalarında yerləşdirilməlidir və “İslam Dövlətinin” bərpa olunması təhlükəsinin yarandığı halda, “Horizontdan kənar” bir qüvvə olmalıdır.

Bu barədə o öz “Tvitter” səhifəsində yazıb.

“Təklif: ABŞ-ın Suriyəyi tərk edən silahlı qüvvələri Gürcüstana göndərilə bilər və “İslam dövlətinin” bərpası təhlükəsinə tez reaksiya vermək üçün, orada “horizont qüvvələri” kimi qala bilər. ABŞ Gürcüstanda, Axalkalakidəki sabiq rus bazalarından istifadə edə bilər, hansılar ki, Rakkadan 760 km məsafədə yerləşirlər. İndi Gürcüstan İraqdan daha güvənlidir” – yazıb Luk Kofi.