Argentinada üçgünlük matəm elan edildi
Argentinada üçgünlük matəm elan edildi

Argentina hökuməti müəyyən etdi ki, Dieqo Maradonanın vəfat etməsi ilə bağlı, bu gündən ölkədə üçgünlük matəm elan edilsin.

Əfsanəvi Argentinalı futbolçu, Dieqo Maradona 60 yaşında, ürəktutmasından vəfat etdi.

Sonuncu dəfə Maradonanı tamaşaçı qarşısında 30 oktyabrda “Ximnasias” və “Patronato” arasında matçda gördülər. Həmin gün onun 60 yaşı tamam oldu və ona matçdan əvvəl xatirə hədiyyəsini verdilər. Maradona matçı izləməyə qalmadı, çünkü özünü yaxşı hiss etmirdi. Az sonralar onu La Plata Xəstəxanasına yerləşdirdilər və ona subdural hematomadan əməliyyat edildi.