Anzor Meliya - Mixeil Saakaşvili qəhrəman prezidentdir, hansı da Gürcüstan tarixinə qızıl hərflərlə daxil olacaq
Anzor Meliya - Mixeil Saakaşvili qəhrəman prezidentdir, hansı da Gürcüstan tarixinə qızıl hərflərlə daxil olacaq

Cənab Mixeil, xoşbəxt insansınız, görün nə qədər insan sizi sevir və gözləri yaşla dolub, – bu barədə Zuqididi merliyinə namizəd, Anzor Meliya Azadlıq Meydanında “Milli Hərəkat” tərəfindən təşkil olunmuş aksiyada bəyan etdi.

Anzor Meliyanın qeyd etdiyinə görə, Mixeil Saakaşvili həbsxanadan tezliklə çıxacaq və qələbəni xalqla birliklə qeyd edəcək.

“Mixeil Saakaşvilinin valideynlərinə, xanım Qiuli və cənab Nikaya müraciət etmək istəyirəm, hansılarla da mənim uzunmuddətli əlaqələrim var. Mən bilirəm, başıma gəlib, övladın həbxanada olduqda, qəlbdə nələr baş verir, necə heç nə deyə bilmirsən, həyacan keçirirsən və gecə qarabasmadır. Bu sizin qəlblərinizdə fırlanır, lakin bilin, çox az qalıb, cənab Mixeil çıxacaq və qələbəni xalqla birliklə qeyd edəcək. Cənab Mixeil, xoşbəxt insansınız, görün nə qədər insan sizi sevir və gözləri yaşla dolub. Siz qəhrəman prezidentsiniz və  Gürcüstan tarixinə qızıl hərflərlə daxil olacaqsınız. Cənab prezident, bərk durun, bütün Gürcüstan sizinlədir”, – Anzor Meliya bəyan etdi.