Antarktida rekord dərəcəli isti qeydə alındı
Antarktida rekord dərəcəli isti qeydə alındı

Antarktidada rekord dərəcəli isti qeydə alındı – hava dərəcəsi – 20,75 qradus oldu.

Braziliyalı alim Karlos Şeifer “Frans-pres” agentliyinə bəyan edib ki, Antarktikada bənzər isti hələ heç olmayıb.

Keçən həftə Antarktidada yenə rekord dərəcəli isti qeydə alındı. Hava dərəcəsi 18,3 qradus idi.

Karlos Şeifer qeyd etdi ki, belə göstəricilərlə gələcək iqlim dəyişikliklərinin proqnozu qeyri-mümkündür, ancaq bu bir siqnaldır ki, bu zonada qeyri-adi bir şey baş verəcək.

BMT-nin Dünya Meteoroloji Xidmətinin məlumatına görə, son 50 ildə Antarktida kontinentində hava dərəcəsi üç qradusla artıb və Qərb sahilində buzlaşmanın 87 faizi geri çəkilib.

Şərh yaz