Anri Oxanaşvili QHT nümayəndələrini Hüquq Komitəsinin 2021-ci il fəaliyyət planı ilə tanış edəcək
Anri Oxanaşvili QHT nümayəndələrini Hüquq Komitəsinin 2021-ci il fəaliyyət planı ilə tanış edəcək

Parlamentin Hüquq Komitəsinin sədri, Anri Oxanaşvili bu gün QHT nümayəndələri ilə görüş keçirəcək. Oxanaşvili onları Hüquq Komitəsinin 2021-ci il fəaliyyət planı ilə tanış edəcək.

Hüquq Komitəsi sədrinin dediyinə görə, QHT nümayəndələrindən həmçinin, əməkdaşlıq baxımından konkret təklifləri dinləyəcək.

“Praktiki olaraq, ənənəvi şəkildə bu görüşləri keçiririəm. Biz təmin edirik ki, mülki ictimaiyyətin nümyəndələri, QHT nümayəndələri komitənin fəaliyyəti barəsində məlumatlandırlmış olsunlar. Komitə fəaliyyət planını təsdiq edənə qədər, məqsədyönlü hesab etdim ki, bizim prioritetlərimizlə QHT nümayəndələrini tanış edəm, onlardan təkliflər dinləyəm və fəaliyyət planını komitə məhz bundan sonra təsdiq etsin. Hüquq Komitəsi aparıcı komitələrdən biri olaraq qalır və Hüquq Komitəsi bir sıra əhəmiyyətli qanunvericilik dəyişikliklərini həyata keçirməli olacaq. Bu istərsə seçki məsələləri istiqamətilə bə ya başqa istiqamətlə olsun. Qarşımızda Ali Məhkəmə hakimlərinin seçilməsi prosesi gözləyir, həmçinin inzibati və cinayət məcəlləsinə aid olnan islahatlar gözləyir”,  – Anri Oxanaşvili bəyan etdi.

Şərh yaz