Anders Foq Rasmussen - düşünürəm, müzakirə olunmalıdır ki, elə mexanizmlə NATO-ya qəbul olunmanı istəyirsiniz ya yox, hansına əsasən də beşinci maddə yalnız Gürcüstan hökumətinin nəzarət etdiyi ərazini əhatə edir
Anders Foq Rasmussen - düşünürəm, müzakirə olunmalıdır ki, elə mexanizmlə NATO-ya qəbul olunmanı istəyirsiniz ya yox, hansına əsasən də beşinci maddə yalnız Gürcüstan hökumətinin nəzarət etdiyi ərazini əhatə edir

Gürcüstan islahatlar məsələsinə ciddi yanaşmalıdır və islahatlarını yalnız hərbi sektorda deyil, davam etdirməlidir, – bu barədə NATO-nun keçmiş baş katibi, Anders Foq Rasmussen Tbilisidə, İqtisadi Siyasət Tədqiqatı Mərkəzinin və Makkeyn İnstitutunun təşkil etdiyi sıra ilə beşinci beynəlxalq konfransda bəyan etdi.

“Düşünürəm, Gürcüstan böyük yol keçdi və böyük nəticəyə nail oldu. Özəlliklə də hərbi baxımından, siz NATO standarlarına müvafiq imkanlarınızı göstərdiniz. Halbuki, sözsüz ki, siz həmçinin islahatlar miqyasını genişləmndirdiniz. Siz bu yolu davam etdirməlisiniz.

Həmçinin biz gərək bir aspekti nəzərə alaq, necə Gürcüstanda, eləcə də NATO-nun daxilində, bu Cənubi Osetiya və Abxaziya məsələsidir. Aydındır ki, Rusiya ilə həll olunmamış sərhəd davaları Abxaziyada və Cənubi Osetiyada problemdir. Sual belədir – bunu necə həll etmək olar. Düşünürəm, Gürcüstanda müzakirə olunmalıdır ki, elə mexanizmlə NATO-ya qəbul olunmanı istəyirsiniz ya yox, hansına əsasən də beşinci maddə yalnız Gürcüstan hökumətinin nəzarət etdiyi ərazini əhatə edir. NATO-da biz həmçinin eyni suala cavab verməliyik”, – Rasmussen bəyan etdi.

Onun dediyinə görə, bənzər presedent Almaniya təqdirində var idi.