Ankarada LGBT icmasının bütün festivalı, film nümayişi, forumu və sərgisi qadağan edildi
Ankarada LGBT icmasının bütün festivalı, film nümayişi, forumu və sərgisi qadağan edildi

Tükiyyənin paytaxtı, Ankarada LGBT icmasının bütün festivalı, film nümayişi, forumu və sərgisi qadağan edildi. Səbəb olaraq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi göstərilir.

Şəhər meriyasının ofisində bəyan edirlər ki, onların məqsədi ictimai asayişi qorumaqdır.

Qərar, ötən həftə Ankarada Alman dilində keçiriləcək gey film festivalının təcrid olunmasında sonra qəbul edildi.

Şəhər rəhbərliyində qərarı onunla açıqlayırlar ki, bənzər tədbirlər, Ankara və onun ətrafında,  müəyyən seqmentlərin neqativ təxribatlarına səbəb olsun. Həmçinin, bu cür toplaşmaların, terrorçuların hədəfinə çevirlməsi mümkündür.

Bəyanat insan hüquqları müdafiəçilərinin narahatlığını gücləndirir ki, LGBT şəxslərin hüquqları Ərdoğanın hakimiyyəti zamanı taptalanır. Türkiyyə prezidenti və hakim partiya konservativ islamın tərəfdarlarıdırlar.

Hər il İstanbulda keçirilən məşhur gey parad, təhlükəsizlik səbəbiylə artıq üç ildir ki, qadağan edildi.

2003-cü ildə Türkiyyə  ilk müsəlman ölkəsi idi ki, gey paradın keçirlməsi icazəsini qəbul etdi.

 

 

Şərh yaz