Angela Merkel - koronavirusa görə tədbiq olunan məhduduiyyətlərə anlamla yanaşmalıyıq
Angela Merkel - koronavirusa görə tədbiq olunan məhduduiyyətlərə anlamla yanaşmalıyıq

Almaniya kansleri, Angela Merkelin dediyinə görə, əhali koronavirusa görə tədbiq olunan məhduduiyyətlərə anlamla yanaşmalıdır. Onun bəyan etdiyinə görə, sosial həyatın məhdudiyyəti demokratik ictimaiyyət üçün ciddi çağırıdır lakin “hökumət reanimasiya şöbəsində yerlərin dolmasını gözləyə bilməz”.

Bu barədə Almaniya kansleri Münhendə İqtisadi Forumda çıxış edərkən bəyan etdi.

“İnfeksiya elə sürətlə artmır, lakin rəqəmlər həyacan doğurucudur. Buna görə, kontaktların məhdudlaşdırılması vacibdir”,  Merkel bəyan etdi.

Kansler həmçinin vətəndaşlara müraciət etdi, nəzərə alsınlar ki, koronavirusun risk qruplarına yalnız yaşlılar deyil, eləcə də yanaşı xəstəlikləri olan vətəndaşlar daxildilər.

Almaniya hökuməti karantin qaydalarının sərtləşdirilməsi qərarının qəbul edilməsini 25 noyabra qədər təxirə saldı.