Angela Merkel İrakli Ğaribaşvilinin baş nazirliyini təbrik edir - bu xüsusilə çağırışlarla dolu bir vaxtı məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram
Angela Merkel İrakli Ğaribaşvilinin baş nazirliyini təbrik edir - bu xüsusilə çağırışlarla dolu bir vaxtı məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram

Almaniya kansleri, Angela Merkel Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilini vəzifəyə təyin olunmasını təbrik edir. Bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, təbrik məktubunda qeyd olunur ki, Almaniya Gürcüstanın iqtisadi inkişafını, Avropatəmayüllü islahatların həyata keçirilməsini və ərazi bütövlüyünü gələcəkdə də dəstəkləyəcək.

“Hörmətli cənab baş nazir, Gürcüstanın baş naziri olaraq təkrar təyin olunmanızı təbrik edirəm. Ölkələrimiz arasında mövcud olan çox yaxşı ikitərfli əlaqələr etibarlı etimadla dolu əməkdaşlığın çərçivəsini yaradır.

Ölkənizdə aktual siyasi danışıqları maraqla izləyən Almaniya, Gürcüstanın iqtisadi inkişafını, Avropatəmayüllü islahatların həyata keçirilməsini və ərazi bütövlüyünü gələcəkdə də dəstəkləyəcək.

Bu xüsusilə çağırışlarla dolu bir vaxtı məsuliyyətli vəzifənizdə daimə uğurlar arzulayıram”, – təbrik məktubunda deyilir.