Angela Merkel - Gürcüstan həqiqətən ən çox Avropa perspektivi olan bir ölkədir
Angela Merkel - Gürcüstan həqiqətən ən çox Avropa perspektivi olan bir ölkədir

Gürcüstan, Ukrayna ilə bərabər, həqiqətən Avropa perspektivi olan ölkədir, – bu bəyanatı Almaniyanın kansleri Angela Merkel Tbilisi Dövlət Universitetində tələbələrlə keçirilən görüş zamanı, tələbənin sualına cavab olaraq verdi.

Sual Almaniyanın Xarici İşlər Nazirinin bu yaxınlarda bəhs etdiyi yeni şərq siyasəti ilə bağlı idi.

“Almaniyanın Şərqi Avropa ilə bağlı siyasətinə gəlincə, deyə bilərəm ki, o yeni orientasiya deyil. Hayko Maas sadəcə olaraq, vurğuladı ki, Rusiya ilə yaxşı münasibətləri qorumalıyıq, çünki o Avropa İttifaqının qonşusudur, ancaq ikinci tərəfdən, bizə Avropa İttifaqının gələcək inkişafı üçün sərt siyasət lazımdır.

Gürcüstan, Azərbaycan və Ermənistan, Ukrayna ilə bərabər, Avropa perspektivləri olan ölkələrdilər.

Vizaliberalizasiyanın qüvvəyə minməsindən sonra, Gürcüstandan Almaniya gəlib, sığınacaq istəyənlərin sayı artdı, ancaq məqsədimiz o deyil. Biz əməkdaşlığımızın qanuni şəkildə dərinləşdirilməsini və inkişaf etməsini istəyirik” – dedi Angela Merkel.