Angela Merkel - Almaniya gözləyir ki, Zelimxan Xanqoşvilinin işinin istintaqı üçün Rusiya məlumat çatdıracaq
Angela Merkel - Almaniya gözləyir ki, Zelimxan Xanqoşvilinin işinin istintaqı üçün Rusiya məlumat çatdıracaq

Almaniya gözləyir ki, Zelimxan Xanqoşvilinin qətli işinin istintaqı üçün Rusiya məlumat çatdıracaq, – bu barədə Almaniya kansleri, Angela Merkel Normandiya sammitinin başa çatmasından sonra, birgə mətbuat konfransında bəyan etdi.

Angela Merkelin dediyinə görə, bu barədə o, Rusiya prezidenti Vladimir Putinə Normandiya sammiti çərçivəsində, ikitərəfli danışıqlar zamanı bildirdi.

Zelimxan Xanqoşvilinin qətli işi barəsində sualı liderlərə alman jurnalisti verdi.

Suala Rusiya prezidenti də əks səda verdi və qeyd etdi ki, Zelimxan Xanqoşvili döyüş əməliyyatlarında iştirak edirdi və separatçılar tərəfində döyüşürdü. Onun dediyinə görə, bu insan Rusiyada, Moskva metrosunda partlayışın təşkili ittihamı ilə axtarılırdı.

Almaniya Prokurorluğu Berlin Parkında qətlə yetirilən Gürcüstan vətandaşının işində çeçen izini görür, lakin Rusiya iş ilə əlaqəsini inkar edir.

Şərh yaz