Anders Foq Rasmussen - 2008-ci ildə Gürcüstana fəaliyyət planı versəydik, Rusiya ona hücüm edə bilməzdi
Anders Foq Rasmussen - 2008-ci ildə Gürcüstana fəaliyyət planı versəydik, Rusiya ona hücüm edə bilməzdi

“2008-ci ildə Gürcüstana fəaliyyət (MAP) planı versəydik, Rusiya ona hücüm edə bilməzdi”.

Bu bəyanatı NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Birinci Kanal ilə elsklyuziv müsahibədə verdi.

Onun dediyinə görə, Buxarest sammitində NATO səhv buraxdı.

“Bu bir səhv idi. Təəsüf ki, NATO səfirləri Gürcüstan və Ukraynaya üzvlük fəaliyyət planının verilməsi ilə bağlı konsunsa nail ola bilmədilər. Bununla biz Rusiyaya bizim üçün təhlükəli bir mesaj verdik. Biz Putin və Medvedvə göstərdik ki, NATO zəyifdir. Onlar da, nəticədə Gürcüstana hücüm etdilər. Biz Rusiyaya daha sərt signallar göndərsəydik, bütün bunlar olmayacaqdı” – dedi Anders Foq Rasmussen.

NATO-nu sabiq baş katibinin müsahibəsini aprelin 14-də, Gürcüstan radiosunun efirində, “Dünya xəbərləri” proqramında dinləyə bilərsiniz.