Anatoli Bibilov ilə görüş zamanı, işğal edilən Axalqori əhalisi ona qarşı narazılıq bildirdi
Anatoli Bibilov ilə görüş zamanı, işğal edilən Axalqori əhalisi ona qarşı narazılıq bildirdi

“Cənubi Osetiyanın” qondarma prezidenti Anatoli Bibilov Çorçana kəndindəki polis məntəqəsinin qaldırılmasını tələb edir.

Onun dediyinə görə, əks təqdirdə, Axalqori əhalisi Gürcüstan tərəfindən nəzarət edilən əraziyə keçə bilməyəcəklər.

Bu bəyanatları Bibilov yerli əhali ilə görüş zamanı verdi.

Bibilovun dediyinə görə, belə bir qərar təhlükəsizliyin qorunması məqsədi ilə verilir.

“Məni anlamayacağınızı başa düşürdüm, ancaq bu tədbirləri görmək məcburiyyətindəyəm. Əgər biz bərabəriksə, onda gəlin bu yolun bağlanması problemini birlikdə həll edək. Gəlin Gürcüstan iqtidarına müraciət edək ki, buradaki polis postunu bağlasınlar” – dedi Anatoli Bibilov.

Mədəniyyət Evində keçirilən görüşdə,bir neçə yerli sakin bəyan etdi ki, onların qohumları Gürcüstan ərazisində yaşayır və onları görmək üçün gərək “Cənubi Osetiya” vətəndaşlığından imtina etsinlər və pasportlarını tapşırmalıdırlar.

Buna cavab olaraqsa, Cənubi osetiyanın qondarma prezidenti bəyan etdi ki, pasportlarından imtina edib-etməyəcəkləri onların şəxsi qərarlarıdır.