Ana Günü ilə əlaqədar, Tbilisi Dövlət Universiteti Gürcüstanın Birinci Kanalının jurnalisti, Ramilia Əliyevanı  mükafatlandırıb
Ana Günü ilə əlaqədar, Tbilisi Dövlət Universiteti Gürcüstanın Birinci Kanalının jurnalisti, Ramilia Əliyevanı mükafatlandırıb

Tbilisi Dövlət Universiteti, Gürcüstanın Birinci Kanalının ”Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyevanı görkəmli, ədəbi gürcü dili nitqinə görə qızıl medalla mükafatlandırıb.

Jurnalist Ramilia Əliyeva TDU-də Ana Gününə həsr olunmuş tədbirdə mükafatlandırılıb.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Ana Dili günü ilə əlaqədar  bu gün tədbir keçirilib. Tədbirdə gürcü dilinin tədrisi və populyarlaşdırılmasında müstəsna xidmətlərinə görə  Gürcüstanda akreditasiyadan keçmiş diplomatik missiyaların rəhbərləri təltif olunublar. Mükafat Almaniya, Litva, Böyük Britaniya, İtaliya və Avstriyanın səfirlərinə təqdim edilib.

Tədbirdə universitetin muzeyinin fondlarında qorunan foto və əlyazmalar sərgilənib. Qeyd etmək lazımdır ki, onlar  arasında  Noe Jordania və Nikoloz Çxeidze tərəfindən 1918-ci ilin  oktyabr ayında imzalanan dövlət dili ilə bağlı qanun da var.

Dil Günü ilə əlaqədar,  TDU Kitabxanasında Akaki və Kita Çxenkelilərin  şəxsi arxivlərindən fondlarda qorunan nadir arxiv materialları: arxiv sənədləri, epistolyar irs, əlyazmalar, unikal foto material  da sərgilənib.

Tədbirdə TDU-nin rektoru Qiorqi Şarvaşidze, Dil üzrə  Dövlət Departamentinin rəhbəri Qiorqi Alibeqaşvili, Gürcüstanda akreditasiyadan keçmiş diplomatik korpusun, qanunverici və icraçı hökumətin, akademik dairələrin nümayəndələri və tələbələr iştirak ediblər.