Ana Dolidze - ictimaiyyətə onların problemlərini həll edən lazımdır, "Gürcü Arzusu" bu rolu yerinə yetirə bilmirdi və nə də müxalifət yerinə yetirə bilir, məhz elə buna görə cəzalandı
Ana Dolidze - ictimaiyyətə onların problemlərini həll edən lazımdır, "Gürcü Arzusu" bu rolu yerinə yetirə bilmirdi və nə də müxalifət yerinə yetirə bilir, məhz elə buna görə cəzalandı

İctimaiyyətə onların bu gün danışdığımız problemlərini həll edən lazımdır. Ən əsas problem nə yeyəcəyimizdir. “Gürcü Arzusu” dəstək verən rolu yerinə yetirə bilmirdi və nə də təəssüflər olsun, müxalifət yerinə yetirə bilir. Məhz elə buna görə, təhqiqata əsasən cəzalandı, – bu barədə “Xalq üçün” hərəkatının lideri, Ana Dolidze “NDI” tədqiqatını dəyərləndirərkən bəyan etdi.

Onun dediyinə görə, ictimaiyyətə güc, dəstək verən, onun sosial çağırışları barəsində danışan vəkil lazımdır.

“Məncə “NDI” tədqiqatı yaxşı əsasdır ki, müxalifət qapalı qapı arxasında otursun, məsləhətləşsizn və qərar versin, hansı fəaliyyət planı var. Mən partiyanın təsisçisi olmadığıma görə, görüşlərə məni çağırmırlar. Mən başdan deyəndə ki, nəqliyyatın bağlanılması səhv idi, kimlərsə raundu gözləyirdilər, xalq üçün vacib olan güc lazımdır. Hamı bir-biri barəsində və raundlar haqqında danışır. Məncə bu müxalifət üçün yaxşı cəzalandırma materialıdır, düşünsün onun strategiyası nə qədər düzgündür. Vacib deyil ki, parlamentə daxil olsun. Lakin faktdır, xalqın sifarişidir ki, onun maraqlarını müdafiə edən xalqın səsi olsun”, – Dolidze bəyan etdi.

“NDI” tədqiqatına əsasən, partiyaların dəstəklənməsi hissəsində ən yüksək göstəricisi hakim partiyanın var. Sorğu olunanların 31 faizi hesab edir ki, onun baxışları ilə ən yaxın “Gürcü Arzusu” durur, beş faizi “Milli Hərəkatı” adlandırır, 25 faizi isə, heç bir partiyanı. cavab verməkdən 24 faiz imtina etdi.

Həmçinin, “NDI” tədqiqatına əsasən, başqa partiyaları sorğu olunanların doqquz faizi adlandırır. Tədqiqata əsasən, başqa partiyalara daxildilər – “Vətənpərvərlər Aliyansı”, “Strategiya Ağmaşenebeli”, “Qirçi”, “Avropa Gürcüstanı”, “Lelo” və “Leyboristlər partiyası”.