"Amnistiya haqqında" qanunun qüvvəyə minməsindən bu günə qədər 90 məhbus azad edildi
"Amnistiya haqqında" qanunun qüvvəyə minməsindən bu günə qədər 90 məhbus azad edildi

“Amnistiya haqqında” qanunun qüvvəyə minməsindən bu günə qədər cəzaçəkmə müəssisələrindən 90 məhbus azad edildi, – bu barədə Gürcüstanın Birinci Kanalına Xüsusi Cəzaçəkmə Xidmətində bəyan etdilər.

Elə onların məlumatına görə, azad olunanlar arasında altısı qadındır.

“Amnistiya haqqında” qanun əsasında bu gün Ksaninin 15 saylı cəzaçəkmə müəssisəsindən 11 məhbus azad edildi.

“Amnistiya haqqında” qanunu Parlament 2021ci il yanvarın 11də qəbul etdi. Qanunun qəbul olunmasından sonra məhbusların amnistiya ilə azad edilməsi prosesi başladı.

Hər bir məhbusun azad edilməsi məsələsini Məhkəmə müzakirə edir və onlar həbsxananı Məhkəmə qərarı əsasında tərk edirlər.