Amiran Qamğrelidzenin məlumatına görə, Lilo bazarında sabahdan Xəstəliklərə Nəzarət Məkəzinin iki qrupu işləyəcək və yoluxanların kontaktlarını araşdıracaq
Amiran Qamğrelidzenin məlumatına görə, Lilo bazarında sabahdan Xəstəliklərə Nəzarət Məkəzinin iki qrupu işləyəcək və yoluxanların kontaktlarını araşdıracaq

Lilo bazarı rəhbərliyi bizə sahə ayırdı, burada iki qrup işləyəcək və bilavasitə virusa yoluxanlarla kontaktda olan insanlardan analiz götürəcək, – bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Qamğrelidzenin bəyan etdiyinə görə, Lilo bazarında geniş miqyaslı skrininq sabahdan başlayacaq.

Onun açıqlamasına görə, bu gün 30-a qədər insanı yoxladılar və onlardan bir neçəsində koronavirus təsdiq olundu.

Elə onun dediyinə görə, bu mərhələdə geniş miqyaslı yoxlama Lilo bazarında keçiriləcək.