Amiran Qamğrelidzenin məlumatına görə, koronavirusun doqquz yeni halından birinin yoluxma mənbəsi məlum deyil
Amiran Qamğrelidzenin məlumatına görə, koronavirusun doqquz yeni halından birinin yoluxma mənbəsi məlum deyil

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin məlumatına görə, koronavirusun doqquz yeni halından yalnız birinin yoluxma mənbəsi məlum deyil.

Onun dediyinə görə, yoluxanlar arasında ikisi tibb işçisidir, ikisi isə, xaricdən daxil ediləndir. Yeni hallar arasında biri Qaçiani klasterindəndir.

Elə onun amıqlamasına görə, Qaracalarda dünən yoxlayış nəticəsində bir hal qeydə alındı və kənddə əhalinin yoxlanılması hələlik başa çatmayıb.

Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı. Bu vaxt üçün koronavirusun 1 225 halı təsdiq olunub. Buradan min vətəndaş sağalıb.