Amiran Qamğrelidze - panikalıq bir şey yoxdur, proses idarəolunandır, biz bu pandemiyadan az ziyanla çıxacağıq
Amiran Qamğrelidze - panikalıq bir şey yoxdur, proses idarəolunandır, biz bu pandemiyadan az ziyanla çıxacağıq

Panikalıq bir şey yoxdur, proses idarəolunandır, biz bu pandemiyadan az ziyanla çıxacağıq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Elə onun dediyinə görə, səhiyyə sahəsi koronavirusa yoluxmanın yeni hallarını idarə edir.

“Əminik, əhali ilə koordinasiyalı işləməklə infeksiyanın qarşısını ala biləcəyik ki, o, daha da geniş miqyaslı forma almasın. Yeni aşkar olunan halları, istərsə bu 300, 400, 500, 600 və sair olsun, inanın mənə, Gürcüstan səhiyyə sahəsi və ictimaiyyət birlikdə idarə edirik. Əminəm, biz bu pandemiyadan az ziyanla çıxacağıq. Burada əhalinin dəstəyinə böyük ümidimiz var. Əminəm, pandemiyanın başa çatmasından sonra, Gürcüstan pandemiya ilə mübarizədə qabaqcıl ölkələrdən biri olacaq. Dövlətin, həkimlərin və ictimaiyyətin birgə durmasının və koordinasiyalı işləməsinin böyük əhəmiyyəti var. Panikalıq bir şey yoxdur, proses idarəolunandır və biz bu prosesi birlikdə idarə etməliyik”, – Amiran Qamğrelidze bəyan etdi.

Xatırladaq ki, bu gün ölkədə koronavirusun 448 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi, 299 insan müalicə olunaraq sağaldı.