Amiran Qamğrelidze - mənim rekomendasiyamdır ki, Gürcüstan-Belarus matçı tamaşaçısız keçirilsin
Amiran Qamğrelidze - mənim rekomendasiyamdır ki, Gürcüstan-Belarus matçı tamaşaçısız keçirilsin

Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze hesab edir ki, Gürcüstan-Belarus matçı tamaşaçısız keçirilməlidir.

Qamğrelidzenin jurnalistlərə bəyan etdiyinə görə, qeyd olunan rekomendasiya barəsində idarələrarası şurasının bugünki iclasında söhbət etdi.

“Mənim rekomendasiyamı bugünki iclasda dedim. Şəxsən mənim rekomendasiyamdır ki, matç tamaşaçısız keçirilsin. UEFA satadionun 30 faizinin iştirakına icazə verdi, lakin yekun qərarı ölkənin özünə saxladı. Gürcüstanda epidemiyanın yayılmasının mərhələsində biz, Xəstəliklərə Nəzarət Milli Mərkəzi matçın tamaşaçının iştirakı ilə keçirilməsi barəsində rekomendasiya verə bilmərik”, – Qamğrelidze bəyan etdi.

8 oktyabrda, Tbilisinin “Dinamo Arenasında” Avropa Çempionatının təkmilləşdirmə mərhələsinin play-off yarımfinal görüşü keçiriləcək. Gürcüstan yığması Belarus ilə qarşılaşacaq. UEFA-nın qərarı deməkdir ki, Gürcüstan-Belarus matçında 18 min insan iştirak edəcək. Lakin matçda tamaşaçının iştirakı barəsində yekun qərarı ölkə qəbul etməlidir.

Şərh yaz