Amiran Qamğrelidze-koronavirus ilə əlaqədar ətrafımızdakı bütün ölkələrdə vəziyyət gərgindir,daha diqqətli olmalıyıq
Amiran Qamğrelidze-koronavirus ilə əlaqədar ətrafımızdakı bütün ölkələrdə vəziyyət gərgindir,daha diqqətli olmalıyıq

 

 

Yeni növ koronavirus infeksiyası ilə bağlı qlobal vəziyyət gərgin olaraq qalır, yoluxmuşların sayı 6 milyonu keçib və ölüm nisbəti təxminən  6,1 faizdir-bu barədə Gürcüstanın XNMM-nin rəhbəri Amiran Qamğrelidze bildirib.

Eyni zamanda, o, son üç həftə ərzində ölüm nisbətinin azaldığını bildirib.

“Bölgəyə gəlincə isə, ətrafımızdakı bütün ölkələrdə, xüsusən birbaşa sərhədimiz olan ölkələrdə vəziyyət gərgindir. Bildiyiniz kimi, Rusiya infeksiyanın yayılması baxımından artıq üçüncü yerdədir, həmçinin Ermənistan, Azərbaycan və Türkiyədə göstəricilər artır,lakin  Türkiyədə artma tempinin artıq yavaşlaması müşahidə olunur. Ancaq, mütləq sayda artım var, amma bu, əvvəlkindən azdır ”-deyə  Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə,Gürcüstanın ənənəvi əlaqələrinin olduğu Ukrayna,Belarusiya və bir sıra ölkələrdə də artım müşahidə olunur.

 Bununla yanaşı, onun qeyd etdiyi kimi, Gürcüstanda 30 yanvardan etibarən   bu gün səhər üçün   55,656 mümkün hal var  ki, bu da dərin araşdırmaya tabe tutulurdu.

 “Laboratoriya tərəfindən bu gün  səhər üçün təsdiqlənmiş 757 halımız var. 24 saat ərzində, səhər saat  9  üçün 11 yeni hal əlavə olundu, onlardan ikisi qaynar  nöqtələrdən biri olan Bolnisi klasterindəndir  və doqquzu sırağagün  təsdiqlənmiş halın kontaktıdır “-deyə Qamğrelidze bildirib.

O bildirib ki,  qeyd olunan kontaktların  araşdırılması dünən və bu gün intensiv şəkildə davam edir. Artıq 50-yə yaxın kontakt  tədqiq olunub.

 Eyni zamanda, onun sözlərinə görə, Gürcüstanda 12 nəfər koronavirusdan vəfat edib, ölüm nisbəti isə 1,59 faizdir. Həmçinin 600 nəfər   sağalıb.

 

 Hazırladı-Sevinc Mustafayeva