Amiran Qamğrelidze - illüziya yaratmayaq ki, koronavirusu dəf etdik və yayda hər şey normal olacaq, belə deyil
Amiran Qamğrelidze - illüziya yaratmayaq ki, koronavirusu dəf etdik və yayda hər şey normal olacaq, belə deyil

Bunu unudaq və illüziya yaratmayaq ki, koronavirusu dəf etdik və yayda hər şey normal olacaq, belə deyil, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Onun qeyd etdiyinə görə, bu gün açılan müəssisələr mobilliyi daha da artıracaq.

“Açıq barlar, restoranlar, kafelər Səhiyyə Nazirliyinin müvafiq strukturları tərəfindən yoxlanılıblar və hamısına necə işləmələri barsində, nə qədər masa olması barəsində, hansı məsafənin olması barəsində və sair rekomendasiya verilibdir. Onlardan çoxu bu şərtləri təmin edə bilmirsə açıla bilməyəcək. Xüsusilə qeyd edirəm, ən çoxu bizdən, ictimaiyyətdən, dərk etməmizdən, vətəndaş məsuliyyətimizdən asılıdır, hər şeyi müdafiə etməliyik və infeksiyanın yayılmasına imkan yaratmamlıyıq. Bunu unudaq və illüziya yaratmayaq ki, koronavirusu dəf etdik və yayda hər şey normal olacaq, belə deyil”, – Amiran Qamğrelidze bəyan etdi.