Amiran Qamğrelidze hamilələri qripə qarşı peyvəndin edilməsinə çağırır
Amiran Qamğrelidze hamilələri qripə qarşı peyvəndin edilməsinə çağırır

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qmğrelidzenin bəyan etdiyinə görə, hələlik ölkədə qrip virusu sirkulasiya etmir.

Qamğrelidze hamını, xüsusilə də hamilələri təklifdən istifadə etməyə və qripə qarşı peyvənd edilmələrinə çağırır.

“Bildiyiniz kimi, qrip ilə bağlı hər həftə məlumatı yeniləşdiririk, bu gün məlumatlar daxil olacaq və görəcəyik. Hələlik ölkədə qrip virusu sirkulasiya etmir. Buna görə, fürsətdən bir daha istifadə edirəm, qrip vaksini ölkədə kifayət qədərdir, hamı klinikalara gedərək peyvən edə bilər. Hələlik bunun vaxtı var. Ölkədə kifayət qədərdir, təxminən 60-65 min doza. Hamıya müraciət edirəm, hökumətin bu il etdiyi təklifdən istifadə edəsiniz. Dövlət bu il 235 min doza əldə etdi. Hamını, müəllimləri, 65 yaşından yuxarı olan insanları, xüsusilə də hamilələri təklifdən istifadə etməyə və qripə qarşı peyvənd edilmələrinə çağırıram. Arzu olunur ki, hamilələrin hamısı peyvənd edilsin”, – Qamğrelidze bəyan etdi.