Amiran Qamğrelidze güman edir ki, Gürcüstan koronavirusa qarşı vaksini martda və ya apreldə qəbul edəcək
Amiran Qamğrelidze güman edir ki, Gürcüstan koronavirusa qarşı vaksini martda və ya apreldə qəbul edəcək

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, hələlik koronavirusa qarşı heç bir vaksin təsdiq olunmayıb.

Halbuki, Qamğrelidzenin dediyinə görə, Gürcüstan artıq ərizəsini daxil edib və vaksin təsdiq olunduğu təqdirdə, ölkə vaksini qəbul edə və seçə bilər, çünki, Qamğrelidzenin açıqlamasına görə, Gürcüstan artıqlaması ilə məbləği məhz elə ona görə ödədi ki, bir neçə vaksinin seçimi imkanı ola idi.

Qamğrelidze, Gürcüstanda vaksinin başlamasının dəqiq tarixini deyə bilmir, lakin gümn edir ki, bu mart və ya aprel olsun.

“Hələlik xülasəsini vaksinin istehsal etdiyi ölkələr verdilər. Bu, ABŞ, Böyük Britaniya, Almaniyaya aiddir. Həmçinin Fransaya. Hələlik koronavirusa qarşı heç bir vaksin təsdiq olunmayıb. Bunu 15-20 dekabr tarixlərində gözləyirlər. Buna görə, bu ölkələrin vaksinə başlaması mümkündür. Bizə gəldikdə, biz kovaks platforması ilə işləyirik, onlarla danışıqlar aparılır. Kovaks platformasə bildiyim qədər, milyarddan artıq əldə edəcək. Kovaks platformasına təxminən 170 ölkə birləşib və 2021-ci il üçün bir neçə milyardlıq doza alınır. Biz ilkin önədiş olaraq 4.5 milyon lari köçürdük. lakin o şərtlə ödədik ki, vaksini seçə biləcəyik. Yəni dediklərini alasan deyil. özün seçəsən. Mənim fikrimcə bu mart-aprel ayları olacaq”, – Qamğrelidze bəyan etdi.