Amiran Qamğrelidze - əminəm ki, Patriarxlıq hər şeyi edəcək ki, Pasxa günlərində virusun yayılması riskləri artmayacaq və qaydalar hər yerdə müdafiə olunacaq
Amiran Qamğrelidze - əminəm ki, Patriarxlıq hər şeyi edəcək ki, Pasxa günlərində virusun yayılması riskləri artmayacaq və qaydalar hər yerdə müdafiə olunacaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Patriarxlıqla Pasxa Bayramı ilə bağlı məsləhətləşmələr aparılacaq.

Qamğrelidzenin dediyinə görə, önəmlidir ki, rekomendasiyalar maksiamal olaraq müdafiə olunsun və möminlər əsasən məbədin kənarında, məsafənin müdafiəsi ilə yerləşsinlər.

Bununla yanaşı, Qamğrelidze suala bu ildə məzarları ziyarət etməyin qadağan olunması mümkündürmü cavab verdi.

“Bu ondan asılıdır ki, Pasxa Bayramı öncəsi və sonra müqədəs yeddilik günləri epid-durum necə olacaq. Patriarxlıqla Pasxa Bayramı ilə bağlı məsləhətləşmələr aparılacaq. Bizim xahişimizdir ki, məbədlərdə rekomendasiyalar maksiamal olaraq müdafiə olunsun. Yəni, məbədin işərisində və dışarında maskanın mütləq istifadəsi, məsafə, sanitar qaydalar. Bayram 2 maydadır, bu vaxtı istidir, möminlər əsasən dişarda olsunlar, orada da məsafənin müdafiəsi ilə. Bunların hamısı imkan verəcək ki, virusun yayılmasının əlavə riski olmasın. Əminəm ki, Patriarxlıq hər şeyi edəcək ki, Pasxa günlərində virusun yayılması riskləri artmayacaq və qaydalar hər yerdə müdafiə olunacaq”, – Qamğrelidze bəyan etdi.