Amiran Qamğrelidze - bir az sərt tədbirlərin görülməsinin, bir kəndin bağlanmasının, hərəkətin məhdudlaşdırılmasının lazım gəlməsi mümkündür, bunun üçün hər dəqiqə ölkədə fövqəladə vəziyyətin elan edilməsi lazım gəlməməlidir

Koronavirus 23 mayda yoxa çıxmayacaq, koronavirusla uzun müddət yaşamalı olacağıq, “Evdə qal” şüarı yavaş-yavaş koronavirusla birlikdə yaşamağı öyrənək sözü ilə əvəz olunacaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bəyan etdi.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, müəyyən dövrdə koronavirusun 5-10-20 halının qeydə alınması mümkündür.

“Daha artıq halların olması mümkündür. Bir az sərt tədbirlərin görülməsinin, bir kəndin bağlanmasının, hərəkətin məhdudlaşdırılmasının lazım gəlməsi mümkündür, bunun üçün hər dəqiqə ölkədə fövqəladə vəziyyətin elan edilməsi lazım olmamalıdır. Operativ olaraq qısa müddətli məhdudiyyətlərin təyin edilməsi mümkündür. Xəstəliklərə Nəzarət Milli Mərkəzi qanunvericilikdə bu cür dəyişiklikləri dəstəkləyir”, – Amiran Qamğrelidze bəyan etdi.

“İzolasiya” və “karantin tədbirləri” terminlərinin müəyyənləşdirilməsi qanuinvericilik səviyyəsində olacaq. Müvafiq dəyişikliklər “İctimai sağlamlıq haqqında” qanuna daxil edilir.