Amiran Qamğrelidze bəyan edir ki, ölkədə hazırda əsasən Britaniya ştammı sirkulasiya edir
Amiran Qamğrelidze bəyan edir ki, ölkədə hazırda əsasən Britaniya ştammı sirkulasiya edir

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, ölkədə hazırda əsasən Britaniya ştammı sirkulasiya edir.

Elə onun dediyinə görə, Gürcüstanda hələlik Britaniya ştammından başqa ştamm qeydə alınmayıb.

Həmçinin, Qamğrelidze reinfeksiya hallarından danışdı və qeyd etdi ki, yeni ştamların dünyada reinfeksiya hallarının artması ehtimalını artırması mümkündür.

“Ötən il bu vaxtı və yan payızda dünyada və bizdə reinfeksiyanın yalnız bir-iki halı var idi, indi reinfeksiya hallarının ehtimalının artması mümkündür, yalnız Britaniya deyil, bu gün artıq söhbət üzdəniraq Hindistanın ikiqat, Braziliya, Cənubi Amerika ştammından gedir. Xoşbəxtlikdən Britaniya ştammından başqa ştamm qeydə alınmayıb. Bu gün ölkədə əsasən Britaniya ştammı sirkulasiya edir.

Artıq hesablamırıq da, 2 gen mənfi o qədərdir. Məncə, 100-dən artıq təsdiq olunmuş halımız var idi, elə, müxtəlif proqnozlarla 70-dən 90 faizində, ölkədə Britaniya ştammı sirkulasiya edir”, – Amiran Qamğrelidze bəyan etdi.