Amiran Qamğrelidze 70 yaşından yuxarı olan vətəndaşları, xüsusi vaciblik olmadan, evdən çıxmamağa çağırır
Amiran Qamğrelidze 70 yaşından yuxarı olan vətəndaşları, xüsusi vaciblik olmadan, evdən çıxmamağa çağırır

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, arzuolunandır ki, yaşlı insanlar, xüsusi vaciblik yoxdursa, evdə qalsınlar.

Bununla yanaşı, Qamğrelidze vətəndaşları qripə qarşı peyvəndin edilməsinə çağırır.

“Vacidir ki, evdə qal şuarı fəallaşdırılsın. Arzuolunandır ki, yaşlı insanlar, xüsusi vaciblik yoxdursa, evdə qalsınlar. Yazda “kovidə” qarşı vaksini gözləyirik. Koronavirus infeksiya ilə birlikdə, dekabrda qrip də ortaya çıxacaq. Sizi qripə qarşı peyvəndin edilməsinə bir daha çağırıram ki, qışda bu iki infeksiyanın üst-üstə düşməsi baş verməsin”, – Qamğrelidze bəyan etdi.