Amiran Qamkrelidzenin bəyanatına görə, peyvənd edilən vətəndaşlar üçün müəyyən güzəşt tədbirləri həyata keçiriləcək
Amiran Qamkrelidzenin bəyanatına görə, peyvənd edilən vətəndaşlar üçün müəyyən güzəşt tədbirləri həyata keçiriləcək

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, koronavirusa qarşı vaksinasiya edilən vətəndaşlar üçün müəyyən güzəşt tədbirləri həyata keçiriləcək.

Onun dediyinə görə, xəstəliklər nəzarətinin milli mərkəzi bu məsələ üzərində işləyir və konkret təkliflər koordinasiya şurasının növbəti iclasında təqdim ediləcək.

“Misal üçün, bəzi aviaşirkət vaksinasiya edilməyən insanlara bilet satmır. Həmçinin, bəzi ölkələr vaksinasiya sertifikatı olmayan vətəndaşlara ölkəyə daxil olmğa imkan vermirlər. Vaksinasiya edilən insanlara isə, təhlükəsiz mühit kimi, müəyyən güzəştlər təklif ediləcək”, – dedi Amiran Qamkrelidze.

Şərh yaz