Amiran Qamkrelidze yayda Batumidə istirahət edən müəllimlərə koronavirus testindən keçmələri üçün müraciət edir
Amiran Qamkrelidze yayda Batumidə istirahət edən müəllimlərə koronavirus testindən keçmələri üçün müraciət edir

“Müəllimlərin tibbi yoxlanışı davam edir, ancaq özləri biraz rahat hərəkət edirlər. Bu yay Acarıstanda təqribən 2 200 müəllim istirahət etdi və bu vaxt üçün sadəcə 1 011 müəllim koronavirus testindən keçib” – dedi Amiran Qamkrelidze.

Qamkrelidze Acarıstanda olan müəllimlərə ictimai səhiyyə mərkəzlərinə gedib, pulsuz koronavirus testindən keçmələri üçün müraciət edir.

“Testdən keçən müəllimlər arasında yeddi nəfərin cavabı müsbət çıxdı. Pedaqoqlar mütləq öz munisipalitetlərində korovairus testindən keçməlidirlər” – dedi Amiran Qamkrelidze.