Amiran Qamkrelidze - Ölkəmizdə virusun tək hallarının olması və Gürcüstanın oazis kimi görünməsi, bizim rahat olmamız üçün əsas deyil
Amiran Qamkrelidze - Ölkəmizdə virusun tək hallarının olması və Gürcüstanın oazis kimi görünməsi, bizim rahat olmamız üçün əsas deyil

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Gürcüstanda son dövrdə koronavirusun yox deyiləcək qədər az olması rahat düşmək üçün əsas deyl.

“Ölkəmizdə virusun tək hallarının olması və Gürcüstanın oazis kimi görünməsi, bizim rahat olmamız üçün əsas deyil” – deyir Qamkrelidze.

Onun dediyinə görə, qlobal olaraq, epidemiyoloji baxımdan vəziyyət pisləşir və gündəlik hallar çoxalır.

Bundan irəli gələrək, Qamkrelidze əhaliyi müvafiq qaydaları qorumağa davam etməyə çağırır.

Onun dediyinə görə, Gürcüstanda koronavirusun ikinci dalğasının olub-olmayacağı məlum deyil, ancaq bunun üçün hazır olmalıyıq.

Qamkrelidze əhalinin rekomendasiyalara uyğun olan hissəsinə təşəkkür etdi.