Amiran Qamğrelidze - olduqca ağır vəziyyət ölkəni təhdid edir, böyük ehtimalla ola bilsin ağır , dördüncü dalğaya daxil olaq
Amiran Qamğrelidze - olduqca ağır vəziyyət ölkəni təhdid edir, böyük ehtimalla ola bilsin ağır , dördüncü dalğaya daxil olaq

 

Olduqca ağır vəziyyət ölkəni təhdid edir, böyük ehtimalla ola bilsin ağır , dördüncü dalğaya daxil olaq- deyə Qurumlararası Şuranın iclasından sonra Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktoru Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin sözlərinə görə, ölkədə epidemioloji vəziyyət pisləşir və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz Koordinasiya Şurasına peyvəndləmənin daha da gücləndirilməsini, testlərin daha da genişləndirilməsini və mövcud rekomendasiya və məhdudiyyətlərə tam riayət olunmasını nəzərdə tutan üç rekomendasiya təqdim edib.

“Hökumətlə başlamış cəmiyyətlə qurtarmış , cəmiyyətin daha da həmrəy olması və xüsusən də bu gün, olduqca ağır vəziyyətin ölkəni təhdid etdiyi bir vaxtda anlayışlı olması bizim hamımızın ümumi məsuliyyətidir.   Böyük ehtimalla ola bilsin ağır , dördüncü dalğaya daxil olaq , çünki bildiyiniz kimi epidemioloji vəziyyət ölkədə pisləşməkdədir. Korona virus nə pozisiya , nə də oppozisiya tanımır , hamıya eyni cür ziyan vurur və təəssüf ki, bir çox həyata son qoyur. Bu səbəbdən hər kəsi daha çox həmrəylik göstərməyə və bir şəkildə birlikdə infeksiyanı dayandırmaq və sülhə çatmaq üçün daha çox diqqətli olmağa çağırıram. “-deyə Amiran Qamğrelidze bildirib.