Amiran Qamğrelidze - məhdudiyyətlər genişləndiriləcək, lakin tam bağlama olmayacaq ki, insanların evdə çıxmağa hüququ olmasın
Amiran Qamğrelidze - məhdudiyyətlər genişləndiriləcək, lakin tam bağlama olmayacaq ki, insanların evdə çıxmağa hüququ olmasın

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda lokdaunun elan edilməsi planlaşdırılmır, halbuki, məhdudlaşdırıcı tədbirlər daha da genişləndiriləcək.

“Tam lokdaunlar bu gün artıq yoxdur, o cümlədən bizdə də yoxdur, tam bağlamaq ki, insanın evdən çıxmağa və ya başqa şeyə icazəsi olmasın, bu cür olmayacaq. Lakin bu gün olduğundan daha da genişləndirilmiş olacaq. Saat 22:00-dan restoranlar bağlıdır, saat ondan səhər beşə qədər hərəkətə qadağa qoyulub və sair. Bənzər məhdudiyyətlər genişləndiriləcək. Müzakirələr aparılır. Bu gün axşam biznes və başqa sahə nümayəndələri ilə görüş və məsləhətləşmələr olacaq, çünki bunların hamısı ümumi konsesus qaydası ilə qəbul olunmalıdır”, – Qamğrelidze bəyan etdi.