Amiran Qamğrelidze - gündə üç-dörd min yoluxma çox yüksək göstəricidir, məhdudiyyətlər məhz elə buna lazım gəldi ki, artma sürətini necəsə yavaşladaq
Amiran Qamğrelidze - gündə üç-dörd min yoluxma çox yüksək göstəricidir, məhdudiyyətlər məhz elə buna lazım gəldi ki, artma sürətini necəsə yavaşladaq

Gündəlik olaraq üç-dörd min yoluxma Gürcüstan üçün çox yüksək göstəricidir, məhdudiyyətlər məhz elə buna lazım gəldi ki, artma sürətini necəsə yavaşladaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalının “Maka Sinsadze ilə aktual mövzu” verilişində bəyan etdi.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, vacibdir ki, yoluxma hallarının sayı azalsın, xəstəxanalara nəfəs almağa imkan verilsin.

“Bir gündə üç-dörd min yoluxma halı çox yüksək göstəricidir, buna görə, məhdudiyyətlər elan edildi, artma sürətini necəsə yavaşladaq və müəyyən dövrdən sonra isə, yeni halların sayını azaldaq ki, xəstəxanalara nəfəs almağa imkan verilsin. Bugün əsas olan budur. Dəqiq rəqəmləri deyə bilmərəm ki, virusa yoluxmanın kritik göstəricisi hansıdır, lakin bu gün çox həddəyik. Təxminən 3-4 min ilə hesablayın, ən azından 15-20 faizi mütləq stasionarda müalicəyə tabe olur. Dörd mindən 20 faiz təxminən 800 haldır. Bu isə, bu günki günü Gürcüstan hospital sektoru üçün, həqiqətən çətindir. Geridə qalanlar isə, kovid-mehmanxanalarda və ya evdə müalicə olunurlar. Ümumi yanaşma belədir ki, təxminən 80-85 faiz əsasən evdə müalicəyə tabedir. 15-20 faiz ağır və kritikdir, onlar xəstəxanalarda müalicə olunmalıdırlar. Altı min hospitallaşdırılmış pasiyent Gürcüstan hospitalı üçün çətindir. Bildiyim qədər, Nazirlikdən kovid baxımından təxminən 8 500 çarpayının səfərbərliyi baş verir”, – Qamğrelidze bəyan etdi.