Amerikalı senatorlar - Putinin "Böyük Yeddiliyə" qayıtması qeyri-məqbuldur və bunun səbəblərindən biri Gürcüstan ərazilərinin işğalıdır
Amerikalı senatorlar - Putinin "Böyük Yeddiliyə" qayıtması qeyri-məqbuldur və bunun səbəblərindən biri Gürcüstan ərazilərinin işğalıdır

Amerikalı senatorlar Rusiyanın “Böyük Yeddiliyə” qayıtmasına qarşı çıxırlar.

Bu barədə senatorların Donald Trampa müraciət etdikləri məktubda deyilir.

Onların dediyinə görə, “Böyük yeddiliyin” məqsədi “beynəlxalq qanunvericiliyin və ümumi dəyərlərin qorunması ilə, demokratik ölkələrin iqtisadi inkişafıdır”, ancaq Rusiyanın bu qrupa daxil olması üçün nə demokratik insitutları, nə də iqtisadi qüvvəsi yoxdur”.

Məktubda deyilir ki, Rusiyayı böyük yeddilikdən Krımın qanunsuz anneksiyasına görə çıxartdılar və bu isə, Ukraynanın ərazi bütövlüyünün kobudca pozulması idi, ona görə də, Rusiya iqtidarı dünya arenasında lider olaraq, təqdim edilməyə layiq deyil.

Amerikalı senatorların dediyinə görə, böyük yeddilikdən qovulduqdan sonra da, Rusiya qeyri-qanuni hərəkətlərini davam etdirir və bunun misallarından biri də, Gürcüstan ərazilərinin işğalının davam etməsidir.

Məktubu dörd senator imzalayıb. Bunlar Cek Rid, Çak Şumer, Robert Menendes və Mark Uornerdir.