Amerika prezidenti Londonda NATO-nun baş katibi ilə görüşəcək
Amerika prezidenti Londonda NATO-nun baş katibi ilə görüşəcək

Londonda bu gün ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşəcək. Görüşün yeri və vaxtı dəqiqləşdirilməyib.

NATO-nun mətbuat xidməti tərəfindən yayılan məlumata görə, prezident və baş katib qısa bəyanat verəcəklər, foto və videomaterial ənənəvi olaraq təşkilatın vebsəhifəsində yerləşdiriləcək.

Londonda bu gün NATO-nun yubiley, 70 illiyinin qeyd olunması tədbirləri açılacaq. Axşam Kraliça Elizabet Bukingem Sarayında üzv ölkələrin liderlərinə ev sahibliyi edəcək.