Amerika mediası  - ABŞ-a dünyaya uşaq gətirmək üçün gedən qadınlara, vizanın alınması çətinləşdiriləcək
Amerika mediası - ABŞ-a dünyaya uşaq gətirmək üçün gedən qadınlara, vizanın alınması çətinləşdiriləcək

Amerika mediasının məlumatına görə, ABŞ-a dünyaya uşaq gətirmək üçün gedən qadınlara, vizanın alınması çətinləşdiriləcək. Yeni qaydaların artıq bu həftə qüvvəyə minməsi mümkündür.

Jurnalistlərin təsdiq etdiyinə görə, iş “B” tipli vizalara aiddir. Qeyd olunan viza qısamüddətli və turust səfərləri zamanı verilir. Dövlət Departamentinin nümayəndələri hesab etsələr, qadın ABŞ-a yalnız uşağın dünyaya gətirilməsi üçün gedirsə ki, onun övladı vətəndalıq alsın, vizanın verilməsinə rədd cavabı verəcəklər.

Xarici ölkənin vətəndaşları tərəfindən ABŞ-da dünyaya gətirilən uşaqların statistikası mövcud deyil. Halbuki, miqrasiyanı öyranən mərkəzin məlumatına görə, bu uşaqların sayı hər il 33 mindən artıq olur.

“Asoşietid Presin” məlumatına görə, uşağın dünyaya gətirilməsi məqsədi ilə ABŞ-a ən çox Rusiyalı, Çinli və Nigeriyalı qadınlar gedirlər.