Almaniyanın şəhərlərinin birində Leninin abidəsini ucaltdılar
Almaniyanın şəhərlərinin birində Leninin abidəsini ucaltdılar

“BBC”-nin məlumatına görə, Almaniyada Leninin abidəsini ucaltdılar. Abidənin ucaldılması təşəbbüskarı Almaniyanın “Markçı-Leninçi” partiyası idi. 1957-ci ildə yaradılmış abidənin müəllifi çex heykəltəraşdır. Abidəni partiyanın üzvləri internetdə 16 min avroya aldılar. Onu Qelzenkirxendə ucaltdılar.

Almaniyanın “Markçı-Leninçi” partiyası 1982-ci ildə təsis edilib və 3 min üzvü birləşdirir.

Qelzenkirxendə Leninin abidəsinin ucaldılmasına bütün partiyalar etiraz etdilər. Hakimiyyət bəyan edir ki, şəhərdə Leninin abidəsinin yeri deyil.

Lakin, məhkəmə hökumətin arqumentini qeyri-müvafiq hesab etdi və abidənin ucaldılması icazəsini verdi. Abidə Almaniyanın “Markçı-Leninçi” partiyasının qərargahı önündə ucaldıldı.